Cümə axşamı, 28 Mart

Musa Qurbanlının dəyəri bir milyona yüksəldi

image

2022/23 mövsümün üçün Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yekun transfer dəyəri açıqlanıb.

Xəbər verilir ki, “Transfermarkt” idman portalının açıqladığı siyahıya “Neftçi”nin kapitanı Emin Mahmudov başçılıq edir. Onun transfer dəyəri 1,4 milyon avrodur. Onun qiymətində dəyişiklik baş verməyib.

İkinci pillədə Premyer Liqanın və “Qarabağ”ın bombardiri Ramil Şeydayev qərarlaşıb. Millimizin üzvünün dəyəri 1,2 milyon avrodur. Dekabrda açıqlanan siyahı ilə müqayisədə onun qiyməti 400 min avro artıb.

Üçüncü sıraya üç futbolçu şərikdir. “Sabah”ın legioneri Aleksey Kaşuk, “Qarabağ”ın üzvləri Yassin Benzia və Musa Qurbanlının dəyəri eynidir – 1 milyon avro.

Müqavilə ilə “Şaxtyor”a (Donetsk) məxsus olan Kaşuk 300, Musa isə 400 minlik irəliləyişə nail olub. Onlardan fərqli olaraq Benzia yarım milyon dəyər itirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25
image

Sabahın havası necə olacaq?

  • 25.03.2024 - 13:56