Bazar, 19 May

Taksilərlə bağlı yenilik - Qiymət artacaq? - VİDEO

image

Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydalar müəyyənləşəcək.

Xəbər veriir ki, bununla bağlı Milli Məclisə "Avtomobil nəqliyyatı haqqında", "Yol hərəkəti haqqında", "Dövlət rüsumu haqqında" qanunlara dəyişikliklər layihəsi daxil olub.

Millət vəkili Rüfət Quliyev “Xəzər Xəbər”ə müsahibəsində layihənin parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iyunun 12-də keçiriləcək iclasında müzakirə olunacağını deyib.

Deputat qeyd edib ki, qaydaların dəyişməsinə aktuallaşdıran ən ciddi məsələlərdən biri də təhlükəsizliklə bağlıdır.

“Taksi şirkətlərinin çox olması qiymət siyasətinə də təsir edir”,- deyən Rüfət Quliyev qeyd edib ki, gediş haqqı məsələsinə dövlət nəzarəti olmalıdır.

O, qeyd edib , yeni qaydalarda vahid qiymət siyasətinin tətbiqinə toxunulmur. Burada məcburiyyət ola bilməz.

"Çünki, sahibkarlıq fəaliyyətinə müdaxilə az olmalıdır."

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41