Cümə, 17 May

“Mançester Yunayted“ bu həftə satıla bilər

image

Bu həftə “Mançester Yunayted”in sahibini dəyişə bilər. 

Xəbər verilir ki, bu haqda "The Times" məlumat yayıb. Klubu almaq üçün britaniyalı iş adamı Cim Ratkliff və Qətər Şeyxi Casim bin Həməd Al Tani iddialıdır. 

Ratkliff Qleyzerlərə klubu satmaqda kömək edən, Nyu-Yorkda yerləşən "The Raine Group" bankı ilə danışıqlar aparırdı. Daha əvvəl bildirilmişdi ki, qətərli Casim bin Həməd Əl Tani Qleyzerlərin satış işini ciddiyə almadığını düşünərək klubun satışı ilə bağlı aparılan danışıqlar prosesindən məyus olub. 

Bununla belə, son 72 saatda Əl Taninin "Mançester Yunayted"in satın alınması ilə bağlı nikbinlik artıb. Bildirilir ki, klubun yeni sahibi hələ bu həftə müəyyən edilə bilər. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58