Şənbə, 18 May

Tanışını söyüşə görə bıçaqlayan şəxslə bağlı QƏRAR

image

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunan Elxan Məlikovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Xəbər verir ki, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 21 iyul 2022-ci il tarixdə, saat 02:00 radələrində paytaxt ərazisində yerləşən yeraltı avtomobil dayanacağının giriş hissəsində qeydə alınıb.

Belə ki, Elxan Məlikov həmin ərazidə olan zaman tanışı, zərərçəkmiş Cavad Camalzadə onun ünvanına nalayiq ifadələr işlədib. Bu zaman o, üzərində olan cib bıçağını çıxararaq tanışının qarın nahiyəsinə bir dəfə zərbə endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Məlikov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41