Cümə axşamı, 16 May

“Neftçi” Fransa Liqa 1-dən futbolçu transfer edir

image

“Neftçi” Fransanın “Anje” klubunun müdafiəçisi Miha Blajiçi heyətinə qatmağa yaxındır.

Xəbər verilir ki, paytaxt təmsilçisi 30 yaşlı stoperlə böyük ölçüdə anlaşma əldə edib.

Tərəflər iki illik müqavilə ilə bağlı son detalları dəqiqləşdirirlər. Milli komandaların oyunlarından sonra keçidin rəsmiləşməsi gözlənilir.

2022-ci ilin iyunundan “Anje”də oynayan Blajiç ötən mövsüm Fransa Liqa 1-də 24 matç keçirib və 2 qol vurub. Karyerası ərzində ölkəsində “Koper” və “Domjale”, Macarıstanda “Ferentsvaroş”un formasını geyinmiş mərkəz müdafiəçisi Sloveniya millisində 25 oyun keçirib. “Transfermarkt”a görə, onun dəyəri iki milyon avrodur.

Qeyd edək ki, “ağ-qaralar” daha əvvəl “Səbail”dən ayrılan qapıçı Emil Balayev və “Qarabağ”ı tərk edən yarımmüdafiəçi Filip Ozobiçlə anlaşıblar.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00