Şənbə, 18 May

Rusiya İsveçə hücum edə bilər

image

İsveç parlamenti Ukraynadakı müharibəyə baxmayaraq, Rusiyanın bu ölkəyə hücum edə biləcəyini istisna etmir. 

Xəbər verilir ki, bu barədə İsveç parlamentinin Müdafiə Komitəsinin hesabatında bildirilir. 

Hesabatda qeyd olunur ki, Rusiyanın hələ də İsveçə qarşı əməliyyat aparmaq potensialı var. 

"Hesabat Rusiya üçün açıq siqnaldır. Biz indi ona həmişəkindən daha kəskin şəkildə cavab veririk", - deyə İsveç parlamentinin nümayəndələrindən biri deyib. 

Bundan əlavə, hesabatda İsveçin NATO-ya üzvlüyünə əsaslanan yeni müdafiə doktrinası da öz əksini tapıb. 

Qeyd edək ki, əvvəlki doktrina qonşu ölkələr və Avropa İttifaqı ilə əməkdaşlığa əsaslanırdı. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41