Bazar, 19 May

Bu şəhərin adı dəyişdirilir - FOTO

image

Qazaxıstanın Akmola vilayətində Derjavinsk şəhərinin adı dəyişdiriləcək.

Xəbər verilir ki, şəhərin adı Kenesarı adlandırıla bilər.

Qeyd olunub ki, şəhərin adının dəyişdirilməsi məsələsi Jarkaynski rayonunun sakinləri tərəfindən keçirilən iclasda müzakirə edilib.

Onlar şəhərə milli azadlıq hərəkatının lideri, Abılay xanın nəvəsi Kenesarı Kasımovun şərəfinə Kenesarı verməyi təklif edib.

Akmola vilayətinin akimliyindən bildirilib ki, adının dəyişdirilməsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

“Sakinlərin təşəbbüsü idi, toplantı keçirildi. Hələlik rəsmi qərar yoxdur”, – deyə vilayət administrasiyasının mətbuat xidməti bildirib.

Qeyd edək ki, vikipediya artıq şəhərin adını dəyişərək yenisi ilə əvəz edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41