Cümə, 17 May

Xərçəng xəbərdarlığı: “Cərrahiyyədə sterilizasiyada istifadə etdiyimiz şüaları insanlar Günəş altında alırlar”

image

“Çimərliklərə səhər saatlarında 11:00-a qədər, ya da 16:00-dan sonra gedilməsi məsləhətdir”.

Xəbər verilir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayım zamanı qurumun mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.

O bildirib ki, Günəş şüalarının müsbət təsiri ilə yanaşı, fəsadları da var:

“Əvvəl deyirdilər ki, Günəşin yalnız A və B ultrabənövşəyi şüaları Yer üzünə gəlib çatır. Amma son dövrlərdə sübuta yetirilib ki, günəşin S ultrabənövşəyi şüaları da planetimizə çatır. Aydınlaşdırmaq üçün qeyd edim ki, S ultrabənövşəyi şüalarından biz cərrahiyyə otaqlarında sterilizasiya prosesində istifadə edirik. Görün nə dərəcədə insan bədəninə, orqanizminə zərərli ola bilər.

Günəşin A ultrabənövşəyi şüası bədən dərisini susuzlaşdırır, qırışıqlıqları artırır. B və S şüaları isə dəri xərçənginin yaranmasına qədər gətirib çıxara bilir. Dəridə müxtəlif dermatoloji problemlər, piqmentasiyalar, ləkələr məhz B ultrabənövşəyi şüalarından yaranır. Ən qorxulusu isə dəri xərçəngidir ki, qeyd edilən saatlardan kənar Günəş altında qaldıqda bu xəstəliyə də tutulmaq olar. Son vaxtlar dəri xərçənginin yaranmasına da tez-tez rast gəlinir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58