Şənbə, 18 May

Kadırovdan baş verənlərə - Reaksiya

image

“Çeçenistan Respublikasının Müdafiə Nazirliyinin və Milli Qvardiyasının döyüşçüləri həmin gərgin bölgələrə gediblər”. 

Xəbər verilir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov öz teleqram kanalında yazıb.

“Biz Rusiyanın bütövlüyünü qorumaq və dövlətçiliyi müdafiə etmək üçün hər şey edəcəyik”, - deyə Kadırov bildirib. 

O, daha əvvəlki açıqlamasında “Üsyan yatırılmalıdır!” kimi ifadə işlətmişdi. 

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib.

Priqojin bunun qisasını alacağını açıqlayıb. Rostov-na-Donuya qoşun yeridən Priqojin Moskvaya doğru irəliləyəcəyini bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41