Bakıda taksi 5 yaşlı uşağı vurub öldürdü
Bakıda taksi 5 yaşlı uşağı vurub öldürdü
Bakıda yol qəzası baş verib.
Xəbər verilir ki, hadisə Sabunçu rayonu, Balaxanı-Binəqədi şosesində qeydə alınıb.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan Qocayev Tərxan Elşən oğlu idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolun hərəkət istiqamətinə qaçmış piyada 5 yaşlı İsmayılova Nurcan Hümbət qızını vurub.
Xəsarət alan şəxs hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu RPİ-də araşdırılma aparılır.
Aftafa.tv