Cümə, 17 May

Putindən “Vaqner“ üsyanı ilə bağlı mühüm açıqlama...

image

Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi axşam ölkədə son günlərdə yaranmış vəziyyətlə bağlı açıqlama verib.

O, silahlı qiyamın təşkilatçılarını vətənə xəyanətdə ittiham edib. 

Putin qeyd edib ki,  "Vaqner" rəhbəri Yevgeni Priqojinlə Belarus prezidenti Aleksandr Lukaşenko vasitəsilə əldə edilən razılaşmalara sadiqdir.

Putin Vaqner döyüşçülərinin vətənpərvər olduqlarını qeyd edib: "Onlar vətən uğrunda qəhrəmanlıqla döyüşüblər. Onlardan qara işlər üçün istifadəyə cəhd olundu. İndi istəyənlər Müdafiə Nazirliyi ilə müqavilə bağlaya, istəyənlər evlərinə, istəyənlər də Belarusa gedə bilərlər. Mən verdiyim sözün üstündə dururam. Seçim onlarındır"...

“Vəziyyət göstərdi ki, istənilən şantaj və iğtişaşlar uğursuzluğa məhkumdur. "Vaqner"in silahlı üsyanı istənilən halda yatırılacaqdı”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41