Şənbə, 18 May

Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının səhhətləri açıqlandı - YENİLƏNİB

image

Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar dörd nəfər (hər biri kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəbər verilir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda vəziyyəti stabil olan 3 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, vəziyyəti ağır olan 1 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir.

*** 15:50

Füzuli rayonunda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları yol qəzasına düşüb.

Xəbər verilir ki, bu barədə ANAMA-nın Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilib ki, hadisə iyulun 5-də rayonun Kurdmahmudlu kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb.

Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

"Qəza iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib", - məlumatda qeyd edilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41