Cümə axşamı, 16 May

Uşaqlara neçə yaşdan sonra dondurma vermək olar? - Həkim AÇIQLADI

image

“Evdə təbii üsulla dondurmalar hazırlamaq olar. Bu dondurmalar uşaqlar üçün zərərli deyil”.

Xəbər verilir ki, bu fikirlər Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bu gün Nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda yay aylarında uşaqların qidalanması ilə bağlı danışarkən deyib.

O bildirib ki, bəzən maye hissəsi çox olan dondurmanı buz kimi qəbul edirik və bu, ziyandır:

“Bu cür buzlu dondurmalar boğaza zərər verir və öskürəyin yaranmasına səbəb olur. Belə olanda bəzi bakteriyaların inkişafına da şərait yaranır. Avropa ölkələrində uşaqlara 2-3 yaşından dondurma yeməyə icazə verirlər. Orqanizmdə buna qarşı immunitet varsa, problem olmur.
Ümumilikdə isə soyuq və qazlı su içkiləri uşaqlara qəti tövsiyə olunmur”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58