Bazar ertəsi, 20 May

İnsanın yaşaya biləcəyi maksimum temperatur açıqlandı

image

Alimlər insanın yaşaya biləcəyi maksimum temperaturu açıqlayıblar.

Xəbər verilir ki, hava nə qədər isti olarsa, maddələr mübadiləsi bir o qədər sürətlənir.

Hazırda planetimiz qlobal istiləşmə ilə üz-üzədir və bu, vaxtında lazımi tədbirlər görülməsə, ciddi nəticələrə səbəb ola bilər. Bununla bağlı alimlər yeni araşdırmada insanın hansı maksimum temperaturda yaşaya biləcəyini öyrənməyə çalışıblar.

Britaniyalı mütəxəssislər havanın temperaturunun insanın yaşaması üçün əlverişli olan yuxarı kritik həddi müəyyən ediblər. Və məlum olub ki, hədd 40-50 dərəcə Selsi aralığındadır. Alimlər istirahət zamanı insan orqanizmində metabolik proseslərin sürətini dəyişib və nəticə göstərib ki, isti və rütubətli şəraitdə proses sürətlənir. Məsələn, 40+ dərəcə Selsi temperaturunda maddələr mübadiləsi orta hesabla 35 faiz, 50+ və yüksək rütubətdə isə demək olar ki, 50 faiz yüksək olub. Yəni, belə şəraitdə orqanizmin uyğunlaşma imkanları son həddədir.

Tədqiqatçılar bildirib ki, insan orqanizminin dözümlülüyünün yuxarı kritik həddini başa düşmək iş, idman və ya tibbin şərtlərini müəyyən etmək üçün çox vacibdir. Əvvəllər elm adamları müxtəlif heyvanların yaşaya biləcəyi temperatur diapazonunun ətraflı təhlilini aparıblar, lakin insanlar üçün oxşar təcrübələr aparılmayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41