Cümə, 17 May

Bayram Nurlunun 30 minlik istirahəti: “Niyə qarğış edirsiniz?” - Video

image

Sosial şəbəkə fenomeni Bayram Nurlunun yay tətili davam edir. Bu dəfə Bayram tətil üçün Bodrumun lüks otellərindən birini seçib. 

Xəbər verilir ki, o, tətilə stilist Rəşad Əliyevlə birgə yollanıb. İstirahət görüntülərini sosial şəbəkə hesabında yayımlayan Nurluya çoxsaylı tənqidi şərhlər yazılıb, əvvəlcə o, bu tənqidlərə məhəl qoymasa da daha sonra həmin şəxslərə cavab verib: 

"Gözəl gəzdik. Sadəcə mənə bəzi insanlar çatmır, biz kiminsə evindən pul oğurlamırıq, kimisə bədbəxt etmirik. Kimsə istirahət edirsə, bu qədər aqressiv rəyləriniz, bəd qarğışlarınız nəyə lazımdır? Boş-boşuna kiməsə qarğış edirsinizsə, nəzərə alın ki, bu qarğışın iki ucu var, özünüzə qayıdacaq. Tanımadığım insanlar girib şərh yazırlar ki, "Bəxtəvər", "Səni görüm elə olsan, belə olsan". Ayıbdır! Sizin əlinizdən istirahət də etməyək, izləyicilərimizlə şəkil paylaşmayaq?! Xoşunuz gəlmir, izləməyin!" 

Qeyd edək ki, Bayram Nurlu builki istirahəti üçün 30 min manat ayırdığını açıqlayıb. 

Həmin görüntüləri təqdim edirik: 

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58