Cümə, 17 May

Qərbdən Ukraynaya göndərilən silahlar oğurlandı 

image

2022-ci ildə Ukraynaya göndərilən Qərb silahlarının bir hissəsi oğurlanıb. 

Xəbər verilir ki, bu barədə CNN kanalı Pentaqonun baş müfəttişinin hesabatına istinadən məlumat yayıb. 

Bildirilib ki, cinayətkarlar, könüllü döyüşçülər və silah alverçiləri Ukrayna qoşunlarının verdiyi bəzi silah və texnikanı ələ keçiriblər. 

Məlumata görə, cinayətkarlar silah oğurlamaq üçün özlərini humanitar yardım işçisi kimi göstərib, yerli hüquq-mühafizə orqanları oğurluq cəhdlərinin qarşısını ala bilib. 

Hesabatda, həmçinin vurğulanıb ki, 2022-ci ilin oktyabrında Ukrayna anbarlarında yoxlamalar bərpa olunsa da, ümumilikdə nəzarət etmək çətin olub. Həmin ay ABŞ Müdafiə Nazirliyi Kiyevi izləmə sistemləri, xüsusilə skanerlər və xüsusi proqramlarla təmin edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41