Bazar, 19 May

Şirvanda zavodda sursat partlayıb, ölən və xəsarət alan var

image

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.

Məluma görə, ölən şəxs Şirvan sakini, 1966-cı il təvəllüdlü Əhmədov Mehman Həsən oğludur.

Xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Şəkərova Səbinə Elyas qızı olduğu bildirilir.

Nazirliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakovun sözlərinə görə, partlayış qurumun “Şirvan Araz zavodu” MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən baş verib.

***12:35

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı olub.

Xəbər verilir ki, hadisə saat 11:30-da qeydə alınıb.

Yığma sexində sursatın partlaması nəticəsində bir nəfər işçi ölüb.

Bir işçi müxtəlif xəsarətlərlə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41