Şənbə, 18 May

İranda iki polis əməkdaşı öldürülüb

image

İranın cənub-qərbində baş verən silahlı qarşıdurmada iki polis əməkdaşı ölüb.

Xəbər verilir ki, bu barədə “Fars” agentliyi məlumatlı mənbəyinə istinadən məlumat yayıb.

“İki polis zabiti - kiçik leytenant Salman Qəribi və baş leytenant Əli Qolami İze şəhərinin mərkəzindəki Biş Şirin kəndində baş verən silahlı qarşıdurma zamanı ölüblər”, - məlumatda deyilir.

Qeyd olunur ki, münaqişə polislə silahlı quldurlar arasında baş verib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41