Bazar, 19 May

Həyat yoldaşını və qayınatasını bıçaqlayan şəxs saxlanıldı – Daşkəsəndə ŞOK CİNAYƏT – YENİLƏNDİ

image

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Bayan kənd sakinləri – 1965-ci il təvəllüdlü İ. Quliyev və onun qızı 1997-ci il təvəllüdlü A. Quliyevanın bədənin kəsilmiş-deşilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Xəbər verilir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərə kəsici alətlə xəsarət yetirən şəxsin Röyal Allahverdiyev olması müəyyən edilib.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir

——-

20:30

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

Xəbər verilir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

1965-ci il təvəllüdlü İsa Quliyev və onun qızı, 1997-ci il təvəllüdlü Aytən Quliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstə əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə hadisəni ailənin kürəkəni törədib.

Polis araşdırma aparır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41