“Vaqner”çilər muzdlu olsa da, bizə pulsuz kömək edirlər - Lukaşenko
“Vaqner”çilər muzdlu olsa da, bizə pulsuz kömək edirlər - Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko “Vaqner” qrupunun Belarus ərazisindən Polşaya hücum etməyə hazırlaşdığı barədə xəbərləri təkzib edib.
Xəbər verilir ki, o, Brest vilayətinə işgüzar səfəri zamanı deyib:
"Eşitmişəm ki, bu yaxınlarda Polşada çığır-bağır salıblar ki, guya 100 nəfərlik dəstə bura gəlir. Heç bir "vaqner"çi Belarusa gəlmir. Gəlibsə də, ancaq döyüş təcrübəsini Brest və Qrodnoda cəmləşmiş briqadalara ötürmək üçün gəlib. Mən hərbçilərimi öyrətməliyəm, çünki döyüşməyən ordu yarım ordudur”.
Lukaşenka vurğulayıb ki, Belarusun mərkəzində, Osipoviç yaxınlığında olduqları üçün bu "vaqner"çilər heç yerə getmək istəmirlər. Onlar əmrləri yerinə yetirməyə öyrəşiblər".
Dövlət başçısı, həmçinin, bu bölməni saxlamaq istədiyini bildirib: "Bunlar müharibədən keçmiş, çoxlu dostlarını itirmiş əsl döyüşçülərdir. Onlar tamamilə azaddırlar, muzdlu olsalar da, bizə pulsuz kömək edirlər, təcrübələrini ötürürlər".
Aftafa.tv