Şənbə, 18 May

Zaxarova yenə Paşinyanı yalançı çıxartdı: “Məntiq anlaşılmazdır”

image

"Təbii ki, məntiq anlaşılmazdır. İnsanda belə bir hiss yaranır ki, 2022-ci ildə bu istiqamətdə Ermənistan rəhbərliyinin nöqteyi-nəzərincə, hər şey nöqsansız idi, yoxsa nə?"

Xəbər verilir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması çərçivəsində Rusiya Federasiyasının danışıqlar fəallığı barədə bəyanatını şərh edib.

Xatırladaq ki, Paşinyan deyib: "Rusiyanın bu istiqamətdə aktivliyi azalıb, Rusiya Federasiyası bütün enerjisini bu istiqamətə yönəldə bilmir, çünki o, Ukraynada məşğuldur".

Öz növbəsində, M. Zaxarova bildirib: “Gəlin faktlara baxaq: "xüsusi hərbi əməliyyat" fonunda xarici siyasətin bu və ya digər istiqamətləri Moskva üçün daha az prioritet olub tipli söhbətlərin sadəcə olaraq heç bir faktiki əsası yoxdur. Yəqin ki, bu, dəyərləndirmə mühakiməsi, şəxsi rəy, bəlkə də emosiyalardır.

Ancaq faktlara nəzər yetirməyə dəyər. Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin irəliləməsində tam maraqlı idik və bundan sonra da maraqlı olacayıq. Biz regionda davamlı sülh və harmoniyaya nail olmaq üçün hər şeyi edirik, Cənubi Qafqazda öhdəliklərimizi tam şəkildə yerinə yetiririk.

Son bir neçə ayda Rusiya Federasiyasının iştirakı ilə ən yüksək və yüksək səviyyələrdə bütöv bir silsilə təmaslar baş veribsə, fəaliyyətdə hansı azalma barədə danışmaq olar”.

M. Zaxarovanın fikrincə, həqiqətə dik baxmaq lazımdır:

“Mənə elə gəlir ki, biz sadəcə olaraq həqiqətlə üzləşməliyik və söhbət ondadır ki, Bakı və İrəvanın əldə etdiyi razılaşmanın ardıcıl şəkildə həyata keçirilməsində hər cür köməkə hazır olduğumuz üçün prioritet tərəflərin razılaşmalarının həyata keçirilməsidir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41