Cümə, 17 May

Baydenin oğlu kirayəsini ödəyə bilmədiyi evdən QAÇDI - FOTO

image

Narkotikdən istifadə  və silah saxlama ittihamı ilə mühakimə olunan ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden yenidən gündəmə gəlib.  

Xəbər verilir ki,  53 yaşlı Hunter Bayden 2021-ci ildə ailəsi ilə birlikdə köçdüyü Kaliforniyadakı 4 milyon dollarlıq lüks villasından kirayə haqqı ödəmədən qaçıb. 

Məlumata görə,  hazırda Baydenin evə sahibinə 80 min dollar borcu var.  Ev sahibinin isə ABŞ-da məşhur fast-food şəbəkəsinin yaradıcılarından biri Conatan Neman olduğu bildirilib. 

"DailyMail" nəşrinə danışan Neman "Onlar dəhşətli kirayəçilər idi. Aylarla kirayə haqqını vermədilər və evi çox pis vəziyyətdə tərk etdilər", -deyib.  

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58