Şənbə, 18 May

Rusiya Ermənistanla ticarət dövriyyəsini artırıb

image

2023-cü ilin yanvar-may aylarında Rusiya ilə Ermənistan arasında qarşılıqlı ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 86%, İrəvandan Moskvaya ixrac isə rekord həddə - 3,3 dəfə artıb.

Xəbər verilir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

"Keçən il qarşılıqlı ticarət dövriyyəsi bütün rekordları qıraraq 5 milyard dollara çatıb. Biz bu il də müsbət dinamikanı müşahidə edirik: yanvar-may aylarında ticarət 2,3 milyard dollar həcmdə artıb”, - Qonçar bildirib.

O əlavə edib ki, Moskva Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsinin imkanlarının artırılması fonunda İrəvanla qarşılıqlı ticarətin həcminin daha da artacağını gözləyir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

  • 18.05.2024 - 19:31
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41