Cümə, 17 May

Peskov “Putin seçkidə 90% səslə qalib gələcək” DEDİ

image

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “The New York Times” qəzetinə Vladimir Putinin növbəti seçkilərdə 90%-dən çox səslə qalib gələcəyini söyləyərkən şəxsi fikrini bildirib.

Xəbər  verilir ki, D.Peskov bu barədə dediyi sözlərə aydınlıq gətirərək deyib: “Bizim prezident seçkilərimiz tam olaraq demokratiya deyil, bahalı bürokratiyadır.Cənab Putin gələn il 90%-dən çox səslə yenidən seçiləcək”.

O, öz şəxsi fikrini bildirdiyini deyərək əlavə edib: “Putinin seçiləcəyinə gəlincə, cəmiyyətin Putin ətrafında konsolidasiya səviyyəsinə əsaslanaraq, mən şəxsən buna əminəm, bəli, belədir. Seçkilərlə bağlı sual var idi və cavab belə oldu ki, seçkilərin demokratiyanın tələbi olmasına və Putinin özünün onu keçirmək qərarına gəlməsinə baxmayaraq, nəzəri cəhətdən onu keçirməmək də olar. Çünki artıq indidən Putinin seçiləcəyi bəllidir. Bu mənim tamamilə şəxsi fikrimdir. Amma onlar bunu bu şəkildə təhrif etdilər”.

Rusiyada prezident seçkiləri 2024-cü ilin martında keçiriləcək.

Putin üçün bu, onun dördüncü müddətidir. 2020-ci ildə konstitusiyaya hazırkı dövlət başçısı və onun sələfləri üçün müddətlərin sıfırlanmasını nəzərdə tutan dəyişikliklər edilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58