Cümə, 17 May

Ukrayna müharibədən əvvəl 20 ölkədən silah alıb

image

Kiyev hakimiyyəti 20 dövlətdən silah alıb, bu tədarüklər 2022-ci il fevralın 24-dən xeyli əvvəl həyata keçirilib.

Xəbər verilir  ki, bunu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Xerson vilayətində (Ukraynanın Rusiya tərəfindən işğal edilmiş şəhəri. - red)  keçirilən görüşdə deyib. 

"Kiyev rejiminə silahların tədarükü 2014-cü ildə başlayıb.Müharibə başlamazdan əvvəl 20 dövlətdən silah və sursat alınıb, onlardan 16-sı NATO üzvüdür.2022-ci ilin fevralından sonra tədarükçü ölkələrin sayı kimi daşınmaların həcmi də artıb. Ukraynaya yüksək zərərverici xüsusiyyətlərə və geniş fəaliyyət spektrinə malik silahlar gəlməyə başladı: tank əleyhinə və daşınan zenit-raket kompleksləri, artilleriya qurğuları, haubitsalar, MLRS, zirehli texnika, tanklar, helikopterlər, PUA-lar, sualtı və yerüstü pilotsuz uçuş aparatları və  b.", - sədr bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58