Cümə axşamı, 16 May

Lavrovun müavini erməni səfirlə Laçın dəhlizini müzakirə etdi

image

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyanla görüşüb. 

Xəbər verilir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə edib: "Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair sazişlərin bütün toplusuna ciddi əməl olunmasının vacibliyi bir daha təsdiqlənib”".

XİN əlavə edib ki, görüş zamanı tərəflər həmçinin ikitərəfli gündəliyin aktual məsələlərini, o cümlədən bütün səviyyələrdə siyasi dialoqdan istifadə və iqtisadi əlaqələrin gücləndirilməsini müzakirə ediblər.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58