Ermənistanda zəlzələ - Azərbaycanda da hiss olundu
Ermənistanda zəlzələ - Azərbaycanda da hiss olundu
Bir neçə dəqiqə əvvəl Azərbaycanda zəlzələ hiss olunub.
Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, 4.2 bal gücündə, 2 km dərinlikdə qeydə alınan yeraltı təkanlar Tovuz stansiyasından 39 km cənub-qərbdə, Ermənistan ərazisində baş verib.
Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.
Aftafa.tv