Cümə, 17 May

Dağlıq ərazidə itkin düşmüş şəxslər təxliyə edildilər - YENİLƏNİB

image

Azərbaycanda dağlıq ərazidə itkin düşmüş şəxslər təxliyə ediliblər. 

Məlumata görə, alim Elnur Nəciyev və Emil Cəbrayılov olduqları ərazidən İsmayıllıya gətirilirlər.

08:32

Dağlıq ərazidə itkin düşmüş şəxslər tapılıblar.

Bu barədə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

“İtkin düşmüş 2 vətəndaşın axtarışına Şahdağ Milli Parkından ərazini yaxşı tanıyan 17 əməkdaş ayrılıb. Saat 8 radələrində komandalar bir-birinə xəbər ötürərək bildiriblər ki, 2 vətəndaş tapılıb. Sadəcə ərazi dumanlı, relyef isə mürəkkəb olduğuna görə dağdan enmək çətindir. Günorta saat 1-2 üçün aşağı düşə biləcəklər. Bununla belə, səhhətlərində heç bir problem yoxdur. Digər komandalara da məlumat verilib, onların düşürülməsi təşkil ediləcək”, - deyə o qeyd edib.

Eyni zamanda, itkin düşənlərdən biri - Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva göstərilən dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, “Şahdağ” Milli Parkının əməkdaşlarına təşəkkürünü bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58