Şənbə, 18 May

Şəmkirdə ağır avtomobil qəzası olub, ölənlər və yaralananlar var

image

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində 2 nəfərin ölümü, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Məlumata görə, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41