Bazar, 19 May

Ermənistanın 4 hərbçisi məhv edildi - YENİLƏNİB

image

Ermənistan törətdiyi təxribat zamanı dörd hərbçisini itirib.

Xəbər verilir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan ordusu Ermənistanın 4 hərbçisini məhv edib, biri yaralanıb.

***

10:55

Xəbər verdiyimiz kimi, son günlər erməni tərəfinin hərbi təxribatları intensiv hal alıb. Bu gün səhər yenidən Ermənistan silahlı qüvvələri bölmələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu yaralanıb.

Məlumata görə, Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində qarşı tərəf itki verib. 

Erməni KİV-in məlumatına görə, Ermənistan ordusunun 2 hərbçisi məhv edilib, 1 yaralı var. Məlumatı Ermənistan MN təsdiqləyib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41