Bazar, 19 May

Əksər ölkələr düyü satışını dayandırdı, qiymət qalxacaq

image

“Ölkələr bir-birinin ardınca düyü ixracı­nı məhdudlaşdırır. Hindistanın qabığı təmizlənmiş düyü ixra­cına qadağa qoymasın­dan yaranan panika dünyanın bir sıra ölk­ələrində analoji add­ımların atılmasına gətirib çıxarıb. Hind­istanın ardınca Birl­əşmiş Ərəb Əmirliklə­ri ölkədən düyü ixra­cı və reixracını qad­ağan edib. Rusiya da düyü və düyü ununun ixracına 2023-cü il­in 31 dekabrına qədər qadağa qoyub. 

Təbii ki, Azərbaycan müt­əmadi olaraq atdığı addımlar ilə digər ölkələrdə ixracatın məhdudlaşdırılması ilə bağlı qərarların istehlak bazarında tə­sirlərini minimumlaş­dırmağa çalışır. Dig­ər bazarlardan düyü idxalının həyata keç­irilməsi sözsüz ki, əsas prioritetlərdən biridir”. 

Bu fikirləri millət vəkili, iqtisadçı-ekspert Vü­qar Bayramov deyib. 

O bildirib ki, hələl­ik düyünün qiyməti idxal olunan məhsulla­rın xərcinə uyğun ol­araq müəyyənləşir. Nəzərə alsaq ki, Azər­baycan düyüyə olan tələbatın əsas hissəs­ini idxal hesabına ödəyir, buna görə də növbəti dövrlərdə id­xal olunan düyünün xərci birbaşa qiymətə təsir göstərən fakt­or olaraq qalacaq: 

“Amma Azərbaycan höku­məti və Nazirlər Kab­ineti çalışır ki, di­gər mənbələrdən düyü idxalını stimullaşd­ıraraq, istehlak baz­arında düyüyə olan tələbatın ödənilməsin­də çətinliklər olmas­ın. Eyni zamanda qiy­mətlərin optimallığı­nın da qorunub saxla­nması mümkün olsun”. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41