Bazar, 19 May

Hindistanın adı dəyişir?

image

Hindistanın adını Bharat olaraq dəyişdirəcəyi iddia edilir.

Xəbər verilir ki, adın dəyişdirilməsi qərarını hökumət parlamentin sentyabrın 18-22-nə təyin edilmiş növbədənkənar iclasında qaldıra bilər.

Hindistan Konstitusiyası hazırda ölkəyə “Hindistan, yəni, Bharat...” kimi istinad edir, lakin onun sadəcə “Bharat” olaraq dəyişdirilməsinə çağırışlar artır.

Konstitusiyaya dəyişiklik edilməsi və Hindistanın adının Bharat olaraq dəyişdirilməsi tələbi güclənib və mənbələr hökumətin Hindistanın adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edə biləcəyini söyləyib.

“...Bharat prezidentindən” ifadəsi də G20 dövlət başçılarına və nazirlərə şam yeməyinə dəvətdə yer alıb.

Qeyd olunur ki, Parlamentin son iclasında BJP Rajya Sabha millət vəkili Naresh Bansal, “Hindistan”ın müstəmləkə köləliyini simvollaşdırdığını iddia edərək, Konstitusiyadan çıxarılmasını tələb edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41