Cümə, 17 May

Çörək yemək istəmirlərsə, yumruq yeyərlər!

image

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərməsi həmin təşkilatın missiyasından irəli gəlir. AzQAC beynəlxalq humanitar təşkilatdır, xeyirxahlıq onun fəaliyyətinin prioritet istiqamətini təşkil edir. Dünənə kimi “humanitar fəlakət” deyib dünyaya qıy çəkən ermənilərin Qızıl Aypara Cəmiyyətinin yardım əlini geri uzatması isə onların xislətindən xəbər verir. 

O, ermənidir. Ağa qara demək, təmənnasız aksiyalara rəng vermək onun köhnə xasiyyətidir. Mən qarabağlıyam, dağda-aranda çox erməni görmüşəm. Ermənini məndən çox-çox əvvəl görən, məndən daha yaxşı tanıyan ağsaqqallar, ağbirçəklər həmişə deyirdilər: Ermənini tanımayana lənət!

Zaman göstərdi ki, aradan təxminən iki əsrdən çox vaxt keçməsinə baxmayaraq, hələ də ermənini tanıya bilməmişik. Hər gün bir cildə girən, fəsilə görə rəngini dəyişən həşaratı tanımaq asan deyil... 

Qayıdaq mətləbə. Məşhur atalar sözü var: Ac qılınca çapar. Amma bu gün "blokadada" yaşadığını iddia edən ermənilər qılınca çapmır, at çapır. Bu, kefiköklük əlamətidir. Əgər onların çörəyə ehtiyacı olsaydı, Qızıl Aypara Cəmiyyətinin göndərdiyi unu çoxdan qəbul edərdilər. Onlar şou göstərirlər. Ac adamı qarnından başqa heç nə maraqlandırmır. Bunları isə dünyanı Azərbaycanın üstünə qaldırmaq maraqlandırır. Həmin erməni, həmin fənddir. Dəyişən isə təqvimdəki ilin, ayın, günün yeridir... 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə bir sualım, bir təklifim var. 

Əvvəl sualdan başlayaq: Ermənilərin nazı ilə çox oynayacasınız? 

İnanın, bu suaı çoxlarının ürəyindən keçir. Küçədə-bazarda qarşılaşdığım adamlar, sosial şəbəkədəki dostlarım Qızıl Aypara Cəmiyyətinin məsul şəxslərinin səbrinə heyran qalıb. Hamı eyni sualı verir: Ermənilənin ayağına düşməliyik?! Yoxsa, halal çörəyimizi yemələri üçün onlara yalvarmalıyıq?

Üç-dörd gün əvvəl də yazmışdım: Yemək isrəmirsinizsə, cəhənnəmə yeyin! 

Başa düşürəm, sözügedən təşkilatın təmsilçiləri bu ritorika ilə danışa bilməz. Bu, onların iş prinsipinə, iş fəlsəfəsinə ziddir. Onların missiyası xeyirxahlıqdır. Lazım gələndə, günlərlə səbr etməyi bacarmalıdırlar...

İndi təklifimə keçirəm: Un gec xarab olunan məhsuldur, onu hələ bir müddət Ağdam-Xankəndi yolunda saxlamaq olar. Amma un həm də müqəddəs nemətdir, ondan çörək bişir. Bu nemətə qarşı belə etinasızlıq yolverilməzdir. 

Azərbaycanda həmin una möhtac olan yüzlərlə, bəlkə də minlərlə ailə var. Lütfən, o məhsulu ehtiyacı olan insanlara paylayın. 

Seçim ermənilərindir: Çörək yemək istəmirlərsə, yumruq "yeyərlər”! 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58