Şənbə, 18 May

Naxçıvanda icra başçısının müavini işdən azad olunub

image

Naxçıvan Muxtar Respublikası Babək rayonunun icra başçısının müavini işdən azad olunub.

Xəbər verilir ki, bu barədə “Nuhçıxan” İnformasiya Agentliyi məlumat yayıb. Bununla bağlı Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov sərəncam imzalayıb.

Sərəncama əsasən, icra başçısının 1-ci müavini Heydər Həsən oğlu Əliyev işdən çıxarılıb. Artıq bu vəzifəyə yeni təyinat da olub. Belə ki, icra başçısının digər sərəncamı ilə Emin Nurəddin oğlu Məmmədxanlı müavin vəzifəsinə təyin olunub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

  • 18.05.2024 - 19:31
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41