Çərşənbə, 04 Oktyabr

Qız sevgilisinin “əsgərgetdi” mərasiminə dəvətnamə yazdı, qardaşı isə... - Lənkəranda şok

image

Lənkəranda 2008-ci il təvəllüdlü Nəcəf bacısının sevgilisi Aydına (adlar şərti verilib - red.) xəsarət yetirib.

Xəbər verilir ki, hadisə ötən ilin iyunun 15-də Lənkəran rayonunun kəndində baş verib.

Nəcəf ailə üzvləri ilə birlikdə yaşadığı evdə olarkən bacısı Mələyin qonşuluğunda yaşayan və bacısına sevgi münasibəti bəsləyən Aydının yaşadığı evə getməsini anasından öyrənib.

Anasının vasitəsi ilə evə çağırtdırdığı Mələyin həmin gün saat 21.30-da evə Aydınla birlikdə qayıtdığını görüb. O özü və anası Mələyə irad bildirərkən müdaxilə edən Aydının onların ailə işlərinə qarışmamasını bildirib.

Aydının onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə mətbəxdən götürdüyü bıçaqla ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Nəcəfin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcəf ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aydın onun qonşusudur, əvvəllər aralarında hər hansı bir düşmənçilik və ədavət olmayıb:

"Kənddə gəzən söz-söhbətlərdən eşitdim ki, Aydın bacım Mələyi sevir və onunla telefonla danışmaq istəyir. İyunun 15-də saat 20 radələrində evə gəldim və bacımın evdə olmadığını gördüm. Anamdan Mələyin harada olduğunu soruşdum. Anam Mələyin qonşuluqda Aydıngildə olduğunu, Aydının hərbi xidmətə yollanması ilə bağlı keçirilən tədbirə dəvətnamə yazmağa çağrıldığını dedi. Anama Mələyi evə çağırmasını bildirdim. Anam da onun yolda olduğunu, evə gəldiyini dedi".

Təqsirləndirilən şəxs qeyd edib ki, saat 21 radələrində Mələk evə gəlib: "Mələyi Aydın və bacısı Səkinə evə kimi yola saldılar. Anam Mələyi danladı. Bu zaman Aydın söhbətə qoşuldu, aramızda mübahisə yarandı, tutaşdıq. Aydın məni nalayiq sözlərlə söydü. Anam onu həyətdən çıxardı.

Aydının söyüşlərimə əsəbləşdim, mətbəxtdən bıçağı götürərək pəncərədən həyətə tullandım. Bıçaqla Aydının qarnından bir dəfə, sağ çiynindən də bir dəfə vurdum. Aydın yerə yıxıldı. Anam və bacım bizi ayırdı. Səs-küyə gələn Aydının atası isə təcili tibbi yardıma zəng etdir. Özüm hadisə yerindən uzaqlaşaraq piyada Lənkəran polisinə gedərək təslim oldum".

İş üzrə zərərçəkmiş Aydının sözlərinə görə, Nəcəfin bacısı Mələk onun bacısı Səkinə ilə yaxşı münasibətdə olub, gediş-gəlişləri olub: "İyulun 1-də hərbi xidmətə yollanmağmla bağlı yığıncaq keçirmək qərarına gəldik. Yığıncağa çağırılmalı şəxslərə dəvatnamə yazmaq lazım olduğuna görə iyunun 15-də anam qonşuluqda yaşayan Mələyi evimizə çağırdı ki, dəvətnamə yazmaqda kömək etsin.

Saat 18 radələrində Mələk bizə gəldi və bacımla birlikdə dəvətnamə yazdılar. Saat 20 radələrində Mələyin anası Südabə zəng etdi, onu evə çağırdı. Bacım Səkinə ilə birlikdə Mələyi evlərinə ötürdük. Mən küçədə qaldım, Səkinə Mələyi yaşadığı evinin həyətinə apardı.

Bir-iki dəqiqədən sonra Səkinə məni çağıraraq Mələyi qardaşı Nəcəfin və anası Südabəni döydüyünü bildirdi, məni köməyə çağırdı. Dərhal həyətə gəldim. Onları ayırdım və sakitləşdirməyə çalışdım".

Zərərçəkmiş qeyd edib ki, bu zaman Nəcəf onun işlərinə qarışmasına etiraz edib: "Aramızda mübahisə baş verdi. Südabə oğlu Nəcəfi evə apardı, evin giriş qapısını içəridən bağladı. Lakin Nəcəf yaşadıqları birmərtəbəli evinin pəncərəsindən həyətə tullanaraq üstünə hücum etdi. Əvvəl sağ çiynimdən bıçaqla bir dəfə, qarnımın sol tərəfindən də bir dəfə vurdu. Həmin vaxt yerə yıxıldım, əynimdəki qısaqol köynək cırıldı. Hadisə yerinə gələn atam təcili tibbi yardıma zəng etdi və məni Lənkəran rayon mərkəzi xəstəxanasına apardılar. Xəstəxanada mənə ilk tibbi yardım etdikdən sonra əməliyyat olundum".

Zərərçəkmiş deyib ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayəti yoxdur. Zərərçəkmiş ifadəsinin sonunda Nəcəfin 18 yaşına çatmayan şəxs və gənc olmasını, onunla barışmasını nəzərə alınmasını istəyib.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Nəcəfin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 2 il 11 ay 28 gün müddətinə şərti cəza verilib.

Qeyd edək ki, Nəcəf cinayəti törədən zaman 9-cu sinfin şagirdi olub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Fərhad Babayev vəfat etdi

  • 02.10.2023 - 16:00
image

Mark Zukerberq döyüldü

  • 02.10.2023 - 15:46
image

Ağsuda 3 otaqlı ev yandı

  • 01.10.2023 - 14:52