Cümə, 17 May

Xerson atəşə tutuldu - 2 ölü, 3 yaralı

image

Ukraynanın Xerson vilayətinin Rusiya qüvvələri tərəfindən atəşə tutulması zamanı 2 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. 

Xəbər verilir ki, bu barədə regionun hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib. 

Onun sözlərinə görə, sentyabrın 17-dən 18-nə keçən gecə Rusiya hərbçiləri Xerson vilayətini atəşə tutublar. 

Xersona endirilən zərbələr nəticəsində 72 yaşlı kişi həlak olub, daha 1 mülki şəxs isə yaralanıb. Kizomıs kəndində fərdi evdə zərbə qeydə alınıb, yaşlı qadın ölüb. 60 yaşlı yerli sakin isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. 

Bundan başqa, Olqovka kəndinin atəşə tutulması zamanı 63 yaşlı qadın yaralanıb və xəstəxanaya aparılıb. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58