Lavrov BMT-də çıxış etmək üçün Amerikaya gedib
Lavrov BMT-də çıxış etmək üçün Amerikaya gedib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 23-də BMT Baş Assambleyasının ümumi siyasi müzakirələrində çıxış edəcək.
Xəbər verilir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Rusiya xarici işlər naziri Sergey Lavrovun Nyu-Yorka getməsinin əsas səbəbi onun BMT Baş Assambleyasının ümumi siyasi müzakirəsi zamanı çıxışı olacaq. Onun çıxışı sentyabrın 23-nə planlaşdırılıb", - diplomat qeyd edib.
Aftafa.tv