Bazar, 19 May

“Öldürülənlərin sayı çoxdur” – “Yaralılar arasında qadın və uşaq yoxdur”

image

Azərbaycanın keçirdiyi qısamüddətli uğurlu əməliyyat Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazisindəki separatçı qüvvələrə və qanunsuz erməni hərbi birləşmələrinə ağır, sarsıdıcı zərbə vurub. Bunu erməni mənbələri də təsdiqləyir.

Xəbər verilir ki, Xocavənddəki xəstəxananın həkimi Qrayr Ağabekyan ağır yaralanmış erməni hərbçilərinin Xankəndinə göndərildiyini bildirib. O, yaralılar arasında qadın və uşaqların olmadığını deyib ki, bu da erməni təbliğatının guya Azərbaycanın dinc sakinləri hədəf aldığına dair bəyanatlarının yalan olduğunu təsdiqləyir: “Hərbçilər və mülki vətəndaşlar arasında çoxlu yaralı var. Yaralılar arasında qadın və uşaqlar yoxdur. Onlar sığınacaqlardadırlar”.

Erməni həkimin “mülki vətəndaşlar” dediyi şəxslər böyük ehtimalla qondarma separatçı qurumun ordumuza müqavimət göstərən nümayəndələridir. O, yaralıların və ölənlərin əksəriyyətinin odlu sialhdan açılan atəşdən xəsarət aldıqlarını qeyd edib ki, bu da sözügedən şəxslərin dinc sakinlər yox, ordumuza müqavimət göstərmək istəyən hərbçilər və separatçılar olduğunu təsdiqləyir.

Ağabekyan çoxlu sayda ölü və yaralı erməni hərbçilərinin olduğunu da qeyd edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41