Bazar, 19 May

Bakıda küçəni satıb, sakinləri blokadaya saldılar? - VİDEO

image

Vətəndaşlar iddia edirlər ki, 4-5 il bundan əvvəl daimi istifadə etdikləri, şəhid Məhərrəm Seyidovun adını daşıyan küçənin bir hissəsini sahibkarlar bağlayaraq öz məqsədləri üçün istifadə edirlər.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ilə əlaqə saxladıq.

İcra başçısı bir neçə gün sonra əraziyə qəsəbə üzrə nümayəndəsini göndərdi. Qəsəbə üzrə nümayəndə bildirdi ki, İcra hakimiyyəti Əmlak komitəsinin işinə müdaxilə edə bilməz. Ürəyi dolu olan sakinlərin şikayətlərini dinləyən qəsəbə nümayəndəsi məsələ ilə bağlı İcra Başçısına ətraflı məlumat verəcəyini bildirdi. Bu səfər də Şəhid adına küçənin satılması iddialarında adı keçən digər qurum – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əlaqə saxladıq. Hətta suallarımıza cavab tapmaq üçün bir neçə gün də gözlədik. Cavab olaraq hələ də məsələnin araşdırıldığını bildirdilər. Maraqlıdır, bir neçə ildir, bu problemlə bağlı dəfələrlə şikayət edən vətəndaşların müraciətləri indiyədək niyə araşdırılmayıb? Biz yenə də hər iki qurumdan cavab gözləyəcəyik.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41