Ağsuda 3 otaqlı ev yandı
Ağsuda 3 otaqlı ev yandı
Ağsu rayonunda 3 otaqlı ev yanıb.
Məlumata görə, yanğın rayonun Çaparlı kəndində baş verib.
Hadisə yerinə Ağsu Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın zamanı kənd sakini 1964-cü il təvəllüdlü Kərimov Burxan Tərxan oğluna məxsus ümumi sahəsi 130 k/m olan fərdi yaşayış evi icərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.
Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Aftafa.tv