Bazar ertəsi, 20 May

ABŞ-da Donald Trampın kompaniyasına qarşı cinayət təhqiqatı başlayıb

image

Nyu-York ştatının Baş prokurorluğu ABŞ-ın sabiq prezidenti Donald Trampa məxsus “Trump Organization” kompaniyasına qarşı cinayət təhqiqatına başladığını bildirib.

Xəbər verilir ki, bu barədə Nyu-York prokurorluğunun nümayəndəsi Fabien Levaya məlumat verib.

“Təşkilatla bağlı apardığımız təhqiqatın artıq tam mülki olmadığı barədə “Trump Organization” kompaniyasını məlumatlandırdıq. Hazırda “Manhattan” prokurorluğu ilə birlikdə fəal cinayət təhqiqatı aparırıq”, - deyə Baş prokurorluğun bəyanatında bildirilir.

Ötən il Manhattan dairə prokuroru Sayrus Vensin rəhbərlik etdiyi böyük jüri “Trump Organization” kompaniyasının son səkkizillik maliyyə sənədlərini tələb edib. Sayrus Vens bir müddət öncə ştat qanunlarını pozma hallarını aşkar etmək üçün ABŞ-ın sabiq dövlət başçısının maliyyə işləri ilə əlaqədar cinayət araşdırması apardığını bildirib. Avqust ayında Donald Trampın vəkilləri tərəfindən onun maliyyə sənədlərinə girişin qadağan edilməsi ilə bağlı verilən vəsatət məhkəmə tərəfindən təmin edilməyib.

Qeyd edək ki, Donald Trampın maliyyə sənədləri, xüsusən vergi bəyannamələri 2016-cı ildə keçirilən seçki kampaniyası dövründə mübahisə mövzusu olmuşdu. Donald Tramp indiyə qədər tətbiq edilən təcrübədən fərqli olaraq, öz biznesinin və bəyannamələrinin maliyyə yoxlamasından keçdiyini əsas gətirərək maliyyə işləri barədə məlumat vermirdi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41