Şənbə, 18 May

İsrail ordusu HƏMAS-ın hədəflərinə qarşı irimiqyaslı zərbələr endirib

image

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hədəflərinə irimiqyaslı zərbələr endirib.

Xəbər verilir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl hərbi qurum İsrailin Qolan təpələrindəki Har Dov dağı ərazisinə Livandan 30-a yaxın minaatan mərmisi atıldığı barədə açıqlama verib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41