Bazar, 19 May

Ordumuz Zəngəzura girir? – ABŞ-dan açıqlama

image

ABŞ Dövlət Departamenti “Politiko”nun Dövlət katibi Entoni Blinkenin amerikalı konqresmenlərlə görüşündə Azərbaycanın yaxın həftələrdə Ermənistana mümkün hücumu barədə xəbərdarlıq etdiyi barədə məlumatı təkzib edib.

Xəbər verilir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller erməni mediasına bildirib.

“Bu məqalədəki məlumatlar səhvdir və heç bir halda katib Blinkenin qanunvericilərə dediklərini əks etdirmir", - Miller deyib.

Qeyd edək ki, Avropanın “Politiko” nəşri Amerika diplomatiyasının rəhbərinin konqresmenlərlə görüşündə guya Azərbaycanın Ermənistana mümkün hücumu barədə xəbərdarlıq etdiyi barədə məqalə dərc edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41