Çərşənbə axşamı, 21 May

Quru əməliyyatı İsrail üçün çətin olacaq - Petreus

image

İsrail Qəzza zolağında planlaşdırdığı quru əməliyyatı zamanı böyük çətinliklərlə üzləşəcək.

Xəbər verilir ki, bunu MKİ-nin keçmiş direktoru Devid Petreus deyib.

"HƏMAS-ın buna hazırlaşmaq üçün aylarla vaxtı var idi. İsrail komandanlığı şəhər mühitində müharibə aparmaq kimi son dərəcə çətin vəzifə ilə qarşı-qarşıyadır. Dünyanın ən sıx məskunlaşdığı ərazilərdən birində, geniş tunellər sistemi ilə israillilər təsəvvür edə biləcəyiniz ən çətin mühitdə silahlardan istifadə etməli olacaqlar”, - Petreus bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41