Bazar, 19 May

İsrail məktəbləri distant təhsilə keçdi

image

İsrail Təhsil Nazirliyi təhsil müəssisələrini distant iş rejiminə keçirib.

Xəbər verilir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, məktəblər daha əvvəl COVID-19 pandemiyası zamanı tətbiq edilən distant formatda fəaliyyət göstərəcək.

Eyni zamanda, bəzi təhsil müəssisələrinin Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, həmçinin təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla dərsləri əyani formatda keçirmək hüququ var.

Qeyd olunur ki, distant təhsil formatının nə qədər davam edəcəyi hələlik məlum deyil.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41