Bazar, 19 May

Xətaidə qohumunu güllələyən şəxs tutuldu

image

Oktyabrın 17-də 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin qəsdən öldürülməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub. 

Xəbər verilir ki, araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Fətəliyevin Xətai rayonu NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı qohumu Elməddin Fətəliyevi ov tüfəngindən bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Arif Fətəliyev şübhəli şəxs qismində tutulub. 

Hazırda ibtidai istintaq davam edir. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41