Bazar ertəsi, 13 May

İsrail HƏMAS-ın iki komandirini zərərsizləşdirdi 

image

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı hədəflərə endirdiyi zərbələr nəticəsində HƏMAS hərəkatının hərbi qanadının iki komandiri öldürülüb. 

Xəbər verilir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, zərbələr zamanı Qəzza şəhərinin tank əleyhinə briqadasının komandiri Məhəmməd Avdallah və dəniz qüvvələrinin komandiri Əkrəm Hicazi zərərsizləşdirilib. 

İsrail ordusunun açıqlamasında deyilir ki, qırıcı təyyarələr son 24 saat ərzində komandanlıq mərkəzlərinə, terrorçuların bir neçə mövqeyinə, raket buraxılış qurğularına və hərbi infrastruktura zərbələr endirib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44