Şənbə, 18 May

Tanınmış müğənninin şəxsi mühafizəçisi SAXAL-a qoşuldu - FOTO

image

Amerikalı müğənni Teylor Sviftin mühafizəçisi İsrailə qayıdaraq İsrail Müdafiə Ordusuna (SAXAL) qoşulub.

Xəbər verilir ki, konsert turları zamanı sənətçinin mühafizəsini həyata keçirən şəxsin elə İsrail Müdafiə Ordusunun zabiti olduğu müəyyən edilib.

O sosial şəbəkə hesabında hərbi uniformada çəkilən fotosunu paylaşıb. Həmin mühafizəçi Teylorun konsertlərindən birində yayılan videosu ilə məşhurlaşmışdı.

O 6 saniyə ərzində sənətçinin 1000 nəfəriin olduğu izdihamdan çıxara bilmişdi. Mühafizəçi paylaşımında ABŞ-də rahat və firavan həyatı qoyub İsrailə getdiyini yazıb:

"ABŞ-da çox gözəl yuxu kimi bir həyatı geridə qoydum. Ailəm dediyim möhtəşəm dostlarım və çox rahat bir evim var idi. Bura gəlmək məcburiyyətində deyildim. Amma ailələr qətl edilərkən və canlı-canlı yandırılarkən səssiz qala bilməzdim".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

  • 18.05.2024 - 19:31
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41