Cümə, 17 May

İsrail Ramallaha girdi: Həsən Yusif həbs edildi

image

İsrail ordusu 10-a yaxın zirehli texnika ilə İordan çayının qərb sahilindəki Ramallah şəhərinə daxil olub.

Xəbər verilir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, reyd zamanı HƏMAS-ın qurucularından biri Həsən Yusif həbs edilib. O, HƏMAS-ın adından müəyyən hərəkətlər etməkdə ittiham olunur. Yusiflə birlikdə 59 nəfərin də həbs edildiyi bildirilib.

Qeyd edək ki, Fələstinin önəmli siyasi fiqurlarından olan Həsən Yusif dəfələrlə İsrail tərəfindən həbs edilib və ümumilikdə həyatının 24 ilini həbsxanalarda keçirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58