Cümə, 17 May

İsrail Qəzza istiqamətində böyük hücuma hazırlaşır – Peyk görüntüləri yayımlandı - FOTOLAR

image

İki həftəyə yaxındır davam edən İsrail-HƏMAS qarşıdurması hər ötən gün bir qədər də şiddətlənir. Günlərdir döyüş təyarələri ilə Qəzza zolağını bombardıman edən İsrail Müdafiə Qüvvələrinin qarşıdakı günlərdə quru əməliyyatlarına başlayacağı bildirilir. Hətta ötən gün İsrailin Baş naziri Benyamin Netanyahu sözügedən əməliyyatla bağlı “Biz hazırıq” mesajını verib.

Xəbər verilir ki, İsrailin mümkün quru əməliyyatı hazırlığı peyk görüntülərinə də əks olunub.

ABŞ-ın “The New York Times” nəşrində yayımlanan peyk görüntülərinə əsasən, İsrail hərbçiləri Qəzzanın sərhədindəki əsas giriş nöqtəsi olan Erez aşırımının təxminən 6 kilometr şimalında cəmləşiblər.

Həmin ərazidə - “Merkava” tankları, zirehli personal daşıyıcıları və hərbi buldozerlər də daxil olmaqla çoxlu sayda zirehli texnikanın olduğu bildirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58